Tramp Rusiya prezidentini G7 sammitinə dəvət etmək istəyir

ABŞ Prezidenti Donald Tramp G7 sammitinə Rusiya Prezidenti Vladimir Putini də dəvət etmək istəyir.

Gununsesi.info REN TV-yə istinadən xəbər verir ki, bunu Ağ Evin başçısı jurnalistlərə açıqlamasında bildirib.

“Mən onu (Vladimir Putini nəzərdə tutur – red.) mütləq görüşə dəvət edərdim. Düşünürəm ki, o, çox vacib amildir. Biz G7-yə daxil olmayan liderləri də dəvət edəcəyik, bəziləri artıq dəvətləri qəbul ediblər”, – deyə D.Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, “Böyük yeddilər”in (G7) sammitini noyabrda keçiriləcək prezident seçkilərindən sonraya saxlamaq daha məqsədəuyğundur.

Gununsesi.info