Tramp Rusiyanı Suriyaya girməkdə qınadı…

  • By admin
  • 16 Yanvar 2017 10:31

donald-tramp-1-300x200

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya  münaqişəsinə müdaxilə etməsini mənfi  qiymətləndirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.

D. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub:

“Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.

D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

Gununsesi.info