Tramp Rusiyanı tənqid etdi: 5-6 şərt irəli sürüb!

  • By Admin2
  • 26 Mart 2025 14:03

Rusiya bilərəkdən Ukraynada atəşkəs danışıqlarını gecikdirir və razılaşmadan yayınır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, vaxt uzadır. Mən bunu illərdir biznesdə etmişəm: müqavilə imzalamaq istəmirəm, bir növ oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm”, – Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskvanın 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra elan edilmiş Qara dənizdə atəşkəslə bağlı tələblərinə baxacaq:

“Hazırda onların hamısını nəzərdən keçiririk. Bunlar təxminən beş-altı şərtdir”.

Gununsesi.info