
ABŞ prezidenti Donald Tramp Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Bu barədə «The Hill» nəşri məlumat yayıb.
“Amerikalı məmurlar bəzən rus həmkarları ilə razılaşmasalar da, səfir Çurkin ABŞ-la birlikdə dünya təzlükəsizliyinə dair bir çox vaсib məsələlərin üzərində işləmişdi», deyə Tramp deyib.
Çurkini təcrübəli diplomat adlandıran Tramp onun ölüm xəbərindən kədərləndiyini bildirib.
Xatırladaq ki, Çurkin fevralın 20-də Nyu-Yorkda ürəktutmasından vəfat edib.
Gununsesi.info