Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir?

  • By admin
  • 26 May 2017 23:15

tramp-5

 

Vaşinqton administrasiyası Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.

APA-nın verdiyi xəbərə görə, bunu Ağ Evin yüksək rütbəli nümayəndəsi bəyan edib.

“Biz Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmaq niyyətində deyilik. Əksinə, sanksiyaların sərtləşməsi məsələsinə baxıla da bilər. Prezident Tramp sanksiyaları qüvvədə saxlamaq niyyətindədir. Prezident sanksiyaların ləğvinin şərtləri barədə açıq-aydın bildirib”, – o bildirib.

 

Gununsesi.info