Tramp Rusiyaya qarşı təzyiqləri gücləndirir

  • By admin
  • 15 Fevral 2018 12:35

 


ABŞ maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyalar üzərində işin davam etdirilməsi məsələsini prezident Donald Trampla müzakirə edib.
Gununsesi.info rosbalta istinadən xəbər verir ki, nazir Rusiyaya qarşı yeni snaksiyaların tətbiq edilməsi məsələsini prezidentə məruzə etdi və o gücləndirilmiş yeni sanksiyaların tətbiq edilməsini alqışladı. “Prezident Rusiyaya qarşı yeni qaydaları tətbiq edilməsi ilə bağlı mənim üzərimə müəyyən öhdəliklər qoyaraq bu işi mənə həvalə etdi. Mən administrasiyanı təmsil edirəm. Sizi inandırıram ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Hazırda  üzərində iş gedir”- deyə, amerikalı nazir bildirib.
Bir müddət əvvəl nazir Mnuçin bəyan edib ki, sanksiyalar Rusiyanın dövlət borcuna tətbiq olunmayacaq. Hesab edir ki, bu qlobal maliyyə bazarına mənfi təsir edə bilər. Onun sözlərinə görə, yeni sanksiyalar konkret şirkətlərə, şəxslərə və rəasmi Vaşinqtona olmayan saymadığı şəxslərə şamil olunacaq.
Gununsesi.info