Tramp Şirakın dəfnində iştirak etməyəcək

  • By admin
  • 29 Sentyabr 2019 14:38

ABŞ-ı Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasimində ölkənin Fransa və Monako knyazlığındakı səfiri Ceymi Makkort təmsil edəcək.

Gununsesi.org-un məlumatına görə, müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb.

Dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Fransanın 22-ci prezidenti J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib.

 

 

Gununsesi.org