Tramp Stalinlə müqayisə edildi- “XALQ DÜŞMƏNİ”

Tramp Stalinlə müqayisə edildi

Amerikalı respublikaçı senator Ceff Fleyk ABŞ prezidenti Donald Trampı sovet lideri İosif Stalinlə müqayisə edib.

Gununsesi.info xəbər verir ki, buna səbəb ölkə başçısının ABŞ KİV-lərinə münasibətdə “xalq düşməni” terminini işlədməsi olub.

Daha əvvəl ABŞ lideri bir sıra mətbuat orqanını saxta xəbərlərin yayılmasında ittiham edib.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı ölkə KİV-lərin əksəriyyəti Trampın rəqibi Hillari Klintonu dəstəkləyib.

Gununsesi.info

COMMENTS