Tramp Stalinlə müqayisə edildi - “XALQ DÜŞMƏNİ”

  • By admin
  • 17 Yanvar 2018 23:34

Amerikalı respublikaçı senator Ceff Fleyk ABŞ prezidenti Donald Trampı sovet lideri İosif Stalinlə müqayisə edib.

Gununsesi.info xəbər verir ki, buna səbəb ölkə başçısının ABŞ KİV-lərinə münasibətdə “xalq düşməni” terminini işlədməsi olub.

Daha əvvəl ABŞ lideri bir sıra mətbuat orqanını saxta xəbərlərin yayılmasında ittiham edib.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı ölkə KİV-lərin əksəriyyəti Trampın rəqibi Hillari Klintonu dəstəkləyib.

Gununsesi.info