“Suriyada hökumətə qarşı vuruşan müxalif qruplara edilən yardımlar tam dayandırılıb”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın prezidenti Donald Tramp öz “Tvitter” hesabında yazıb:
“Müxalif qruplar edilən silah yardımlar həm təhlükəli, həm də əlavə xərcdir. Bu səbəbdən də hökumət tərəfindən Suriyadakı müxalif qruplara edilən silah yardımları tam dayandırılıb”.
Qeyd edək ki, Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, ilk dəfə olaraq D.Tramp bu məsələyə aydınlıq gətirib.
Anar
Gununsesi.info