Tramp Suriyanı qızının sözü ilə vurub - İVANKA BU MƏSƏLƏDƏ ONA CİDDİ TƏSİR GÖSTƏRİB

  • By admin
  • 11 Aprel 2017 11:52

NEW YORK - OCTOBER 14:  Donald Trump and Ivanka Trump attend the "The Trump Card: Playing to Win in Work and Life" book launch celebration at Trump Tower on October 14, 2009 in New York City.  (Photo by Andrew H. Walker/Getty Images) *** Local Caption *** Donald Trump;Ivanka Trump

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp atası tərəfindən Suriya aviabazasına raket zərbəsi endirmək qərarının qəbul edilməsinə ciddi şəkildə təsir göstərib.

Gununsesi.info-nun azvision-a istinadən verdiyi məlumata görə, bunu prezidentin oğlu Erik Tramp “The Daily Telegraph”a açıqlamasında təsdiqləyib.

“O, İdlibdə əhaliyə kimyəvi silahdan istifadə edilməsindən ciddi təsirlənmişdi. İvanka üç uşaq anasıdır və bunun ciddi təsiri var. Mən əminəm ki, o, “Qulaq as, bu, dəhşətdir. Atam belə anlarda belə fəaliyyət göstərəcək” deyib, – Erik Tramp bildirib.

Gununsesi.info