Amerika Suriyanın şimalına quru qoşunlarını göndərə bilər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “CNN”-ə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adı açıqlanmayan nümayəndəsi məlumat verib.
Pentaqon nümayəndəsi quru qoşunların Suriyada müəyyən müddət qala biləcəyini və bununla bağlı son qərarı Donald Trampın verəcəyini deyib.
Məlumata görə, iddialarla əlaqədar Anadolu Agentliyinin müxbirinin suallarını cavablandıran Pentaqon rəsmisi, hazırda belə bir planın və təklifin mövcud olmadığını söyləyib.
Qeyd edək ki, D. Trump Suriyanın şimalına quru qoşunların göndərilməsinə razılıq verərsə, o zaman İraq müharibəsindən bəri ilk dəfə olaraq ABŞ-ın quru qoşunları Suriyanın sərhədlərində hərbi əməliyyatlar keçirmiş olacaq.
Xatırladaq ki, prezident D. Tramp 2017-ci ilin yanvarında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə və ABŞ-ın müdafiə naziri Jim Mattisə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb.
İdda olunur ki, Suriyanın şimalına quru qoşunlarının göndərilməsi, məhz, Pentaqonun D. Trampa təqdim etmək üzrə hazırladığı planın bir hissəsidir.
Anar
Gununsesi.info