Tramp Təhsil Nazirliyini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp martın 20-də Təhsil Departamentinin bağlanması ilə bağlı sərəncam imzalayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) Ağ Evə istinadən məlumat yayıb.

Qeyd edilir ki, fərman departamentin rəhbəri Linda MakMahonu bu addımı atmağa və təhsil sahəsindəki səlahiyyətləri ştatlara qaytarmaq üçün lazımi tədbirləri görməyə məcbur edəcək.

Nəşr bildirir ki, Konqresin təsdiqi olmadan Təhsil Nazirliyini bağlamaq və ya onun funksiyalarını digər təşkilatlara vermək cəhdləri prezident administrasiyası üçün hüquqi problemlər yarada bilər.

Milli Təhsil Assosiasiyasının prezidenti Becky Pringle WSJ-yə bildirib ki, departamentin bağlanması tələbələrə ziyan vura bilər, çünki bu, siniflərdəki şagird sayını artırar, peşə təhsili proqramlarını azaldar və ali təhsili daha bahalı və adi insanlar üçün əlçatmaz edər.

Şəbnəm

Gununsesi.info