Venesuela prezidenti Nikolas Maduro meksikalı həmkarı Enrike Penya Nyetonu “qorxaq” və “Donald Tramp tərəfindən namusu ləkələnmiş qulluqçu” adlandırıb.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, Meksika bundan əvvəl Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib və ABŞ-ın bu ölkə əleyhinə tətbiq etdiyi sanksiyaları dəstəkləyib.
“Penya Nyeto mənə qulaq as: sənin üçün çox ayıb olmalıdır ki, bu cür rəftara izn verirsən. Mən Penya Nyetonu rəhbəri Tramp tərəfindən namusu ləkələnmiş, zorlanmış bir qulluqçu kimi görürəm” – deyə, Maduro qeyd edib.
Venesuela prezidenti hesab edir ki, Tramp Meksika prezidentinə sərhəddə ucaldılan divarın xərclərinin ödənilməsinə dair əmrlər verir:
“Siz divara görə ödənişlər etməkdən imtina etsəniz, ABŞ sizinlə bir daha görüşmək istəməyəcək”.
Gununsesi.info