

Donald Trampın prezident seçilməsi dünyada ciddi kataklizmlərə yol açacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında politolqo Azər Rəşidoğlu deyib.
Onun fkrincə, Trampın seçilməsi dünya üçün ciddi hadisələrlə nəticələnəcək. “Ehtimal edirəm ki, Trampın ABŞ kimi superdövlətin başına gəlməsindən dünya udmayacaq, həmçinin Yaxın Şərqdə vəziyyət daha da pisləşəcək”- deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, Trampın islamofob çıxışları onu deməyə əsas verir ki, müsəlman ölkələri ilə ABŞ-ın münasibətləri kiçik Buşun dövründən də ağır formada qayıdacaq. “Ukraynanın Rusiyaya qurban edilməsi də istisna edilmir. ABŞ-ın Latın Amerikası ölkələri ilə münasibəti də gərginləşəcək. Bir sözlə, dünyada xaos, qan, məzhəb, din, vətəndaş müharibələri dərinləşəcək. Trampın dünyanın supergücünün başına gəlməsi məhz belə qorxunc proqnoz verməyə əsas verir. Görünən budur ki, Vaşinqtona yeni müharibələr və yeni xaos lazımdır. Ehtimal edirəm ki, Yaxın Şərqdə vəziyyət daha da ağırlaşacaq. Tramp “tarixin sonunu yaxınlaşdıran sonuncu insan” olacaq”- deyə, politoloq bildirib.
Mürtəza
Gununsesi.info