ABŞ Prezidenti Donald Tramp tezliklə koronavirus testindən keçəcək.
Gununsesi.org bildirir ki, bu barədə o, özü Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
Həmçinin, ABŞ Konqresinin Nümayəndələr Palatası martın 11-də koronavirusun törətdiyi xəstəliyə qarşı tədbirləri dəstəkləyən qanun layihəsini 363 səslə qəbul edib.
Sənəddə virusdan və onunla bağlı iqtisadi fəsadlardan zərər çəkən ailələri dəstəkləməyə yönələn müxtəlif təminatlar və səhiyyə sisteminin səmərəliliyini artırmaq tədbirləri nəzərdə tutulur.
Prezident Donald Tramp ötən gün bu layihəni dəstəkləyərək Konqres üzvlərini də sənədin lehinə səs verməyə çağırıb.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 2329 nəfərdir. Virusdan bu günədək 50 nəfər ölüb, 41 nəfər sağalaraq evlərinə buraxılıb.