“Tramp üçün qarşıda əsas məsələ ikinci müddətə seçilməkdir”

“Donald Tramp indi bütün qərarları yalnız ikinci müddətə seçilmək naminə verir”.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidetnini milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.

“Özünü ikinci dəfə seçilmək məsələsinə o qədər qapadıb ki, qalan uzunmüddətli layihələr arxa plana keçirilib. Buna görə də o, Koreya yarımadasında Kim Çen Inla şəkil çəkdirir. Əgər bilsə ki mətbuat təqdir edəcək, BMT binasında İran ayətullahları ilə poz verməkdən çəkinməz. Burada ABŞ-ın və onun müttəfiqlərinin mövqeyinin necə olacağı isə onun vecinə deyil. Mənə elə gəlir ki, artıq dünya liderləri də bizim ölkənin ziyanına çalışan və məsələlərə qeyri-ciddi yanaşan bir adamla iş gördüklərini bilirlər”,-deyə o söyləyib.

Con Bolton Donald Trampın ABŞ tarixində sadəcə bir müddətliyə prezident olan bir şəxs kimi qalacağına ümid bəslədiyini bildirib: “Bu adam Amerikanı geridönməz ətalət və tənəzzülə sürükləyib. Biz onun ikinci dövrünü daşıya bilmərik”,-deyə o qeyd edib.

ABŞ-ın nüfuzlu sosial mərkəzlərindən mərkəzlərindən sayılan “Real Clear Politics” (RCP) şirkətinin apardığı son sorğularda Demokrat partiyasnın namizədi Co Baydenin rəqibi Trampı 8,3% üstələdiyi görünür. Lakin ekspertlər bunu müvəqqəti üstünlük adlandırırlar.

Con Bolton Donald Trampın Co Baydeni Ukrayna məsələsinə görə gözdən salmaq siyasətinə münasibət bildirib. “Tramp hər şeyi bu ilin noyabrın 3-də keçiriləcək seçkilərdə qələbə çalmağa hesablayıb. Ukraynada korrupsiyanın vəziyyəti isə onu heç maraqlandırmır”,-deyə keçmiş müşavir vurğulayıb.

Qeyd olunur ki, Con Boltonun işdən çıxarıldıqdan sonra yazıdğı “Hər şeyn baş verdiyi otaq: Ağ Ev xatirələri” (The Room Where It Happened: A White House Memoir) adlı kitabı ABŞ gündəminə oturub. Həmin kitab “Simon and Schuster” nəşriyyatı tərəfindən bu ilin iyun ayının 23-də satış çxarılmalıdır. Burada Con Bolton prezidentin xarici siyasətə daşınmaz əmlak sövdələşməsi kimi yanaşdığını yazıb.

ABŞ administrasiyası kitabın dərcini dayandırmaq üçün hüquqi prosedurlara da əl atıb.

 

Gununsesi.org