Tramp: “Üçüncü dünya müharibəsinin astanasındayıq”

  • By admin
  • 29 Yanvar 2024 15:01

ABŞ-ın keçmiş prezidenti Tramp İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasında ABŞ qüvvələrinə İHA ilə həyata keçirilən hücumla bağlı “Truth” sosial media platformasında paylaşım edib.

Gununsesi.info-nun xəbərinə görə, Tramp ölən ABŞ əsgərlərinin ailələrinə başsağlığı verib. Sabiq prezident bu günün ABŞ üçün “qorxulu gün” olduğunu qeyd edib.

“Birləşmiş Ştatlara qarşı bu həyasız hücum Baydenin gücsüzlüyü və təslimiyyətinin qorxunc və faciəvi nəticələrindən biridir”, – deyə o bildirib. Tramp 3 il öncə İranın “zəif, maliyyəsiz və tamamilə nəzarət altında” olduğunu iddia edib.

Tramp prezidentlik dövründə həyata keçirdiyi “Maksimum Təzyiq” siyasətinin təsirinə toxunaraq, “İran rejimi terrorçu vəkillərini maliyyələşdirmək üçün yalnız 2 dollar toplaya bildi” deyib.

Baydenin İrana milyardlarla dollar verdiyini iddia edən Tramp İranın bu pulu Yaxın Şərqdə “qırğın və dağıntı” törətmək üçün istifadə etdiyini müdafiə edib.

“Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi”, – Tramp deyib.

Prezidentliyini davam etdirsəydi, 2023-cü il oktyabrın 7-də baş verənlərin və ya Ukrayna-Rusiya müharibəsinin baş verməyəcəyini iddia edən Tramp, dünyanın “üçüncü dünya müharibəsinin astanasında” olduğunu bəyan edib.

PUA hücumunun ölkəsinin təcili olaraq “güc yolu ilə sülh” siyasətinə qayıtmalı olduğunun sübutu olduğunu vurğulayan Tramp, bunun xaos və qırğından qaçmaq, eləcə də amerikalıların həyatını itirməsinin qarşısını almaq üçün lazım olduğuna diqqət çəkib.

Keçmiş prezident postunun sonunda “Ölkəmiz Co Baydenin baş komandanlığı altında yaşaya bilməz” deyib.

Gununsesi.info