Tramp: “Ukrayna ətrafında baş verənlər dünya müharibəsinə gətirib çıxarır”

“Ukrayna ətrafında vəziyyətin inkişafı, o cümlədən Kiyevin Rusiyaya hücumlarla bağlı bəyanatları üçüncü dünya müharibəsinə gətirib çıxarır”.

Gununsesi.info xəbər verir ki, bu fikri  ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib: “Biz üçüncü dünya müharibəsinə daha yaxınıq. Görün, son bir neçə gündə nələr baş verib”.

Ona Respublikaçıya görə, Rusiya prezidenti Vladimir Putin indi nüvə silahından danışır: “ Ukrayna indi Rusiyaya hücumlarından danışır. Bayden nə deyəcəyini bilmir”.

O, bütün bunların son nəticədə üçüncü dünya müharibəsinə gətirib çıxaracağını bildirib:“Ukrayna ətrafında vəziyyəti həll edəcəyəm”.

ABŞ dövlət katibi Entoni Blinken mayın 31-də Baydenin ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə razı olduğunu təsdiqləyib.

Blinkenin dediyi kimi, söhbət ancaq Rusiyanın Xarkov yaxınlığındakı regionlarına zərbələrdən gedir.

Eyni zamanda o, Amerika silahlarının Rusiya ərazisinə hücumlarının spektrinin artacağını istisna etməyib.

Almaniya Nazirlər Kabineti həmin gün bəyan edib ki, alman silahları Xarkov vilayətində Rusiya Federasiyası tərəfindən “hücumlardan qorunmaq üçün” istifadə edilə bilər.

Lakin hazırda Ukraynanın öz silahlarından istifadəsinə məhdudiyyətlər qoyması məsələsində Qərb ölkələri arasında birlik yoxdur.

 

 

İlhamə

Gununsesi.info