“Tramp Ukraynadan daha çox Gürcüstana önəm verir…” - POLİTOLOQ

  • By admin
  • 09 May 2017 22:04

tramp

“Barak Obama administrasiyası Ukrayna ilə əməkdaşlığa önəm verirdi. Çünki, məhz Obamanın dövründə Kiyevdə “Maydan” baş verdi va Ağ Ev Ukraynada hakimiyyət dəyişikliyinə dəstəyini əsirgəmədi. Barak Obamanın vitse-prezidenti Cozef Bayden Kiyevi az qala su yoluna döndərmişdi”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, ancaq Donald Tramp administrasiyası Ukraynaya Obama qədər əhəmiyyət vermir.

“Doğrudur, ara-sıra açıqlamalar verirlər, ancaq iki ölkə arasındakı təmaslar Obama dövründəki qədər intensiv deyil. Kiyevin səhvi həm də onda oldu ki, ABŞ-da prezident seçkisində açıq-aşkar Hillari Klintona dəstək verdi.

Bunun əvəzinə Tramp administrasiyası Gürcüstana əhəmiyyət verir. Təsadüfi deyil ki, Gürcüstanın baş naziri İrakli Kvirikaşvili Trampla görüşmək üçün Ağ Evə dəvət olundu.

Bununla Donald Tramp administrasiyası Kiyevə də mesaj yollayır. Mesajın əhəmiyəti ondadır ki, Ukrayna Qərbin siyasi, iqtisadi və hərbi institularına inteqrasiyada Gürcüstan qədər dərin islahatlar həyata keçirməlidir. Korrupsiya ilə mübarizə tədbirlərində də Gürcüstan Ukraynanı üstələyir.

Bunun nəticəsidir ki, hətta Avropa İttifaqı vizasız gediş-gəliş hüququnu Ukraynadan əvvəl Gürcüstana verdi”-deyə, E. Şahinoğlu sonra deyib.

Gununsesi.info