
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası, Ukraynanı prezident seçkiləri keçirməyə təşviq etmək istəyirlər, çünki bu, Kiyevə Rusiya ilə sülh sazişi bağlamağa şərait yarada bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və Ağ Ev-in digər rəsmiləri son günlər Ukraynanı seçkilərə razı salmaq məsələsini müzakirə ediblər.
Məlumata əsasən əgər Ukraynada prezident seçkiləri keçirilərsə, qalib şəxsin Moskva ilə uzunmüddətli razılaşma əldə etməsi gözlənilir.
Onu da qeyd edək ki, Tramp administrasiyası Zelenskinin bu təklifə necə reaksiya verəcəyini hələ də bilmir.
Şəbnəm