
ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Gununsesi.info kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunur ki, iki ölkə lideri arasında telefon danışığı zamanı Ukraynanın şərqində və Əfqanıstandakı vəziyyət müzakirə olunub.
“Liderlər sıx əməkdaşlıq etmək və müxtəlif məsələlərdə fəaliyyətlərinin əlaqələndirilməsi barədə razılığa gəliblər. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar”, deyə məlumatda bildirilib.
Gununsesi.info