Putin və Tramp beynəlxalq əlaqələrlə münasibətdə eyni mövqedədir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABC televiziyasına danışarkən deyib. Onun sözlərinə görə, hər iki dövlət başçısı beynəlxalq əlaqələrdə lider olamaqda israrlıdır:
“Onlar qarşılıqlı əməkdaşlıq və razılaşmaların beynəlxalq əlaqələrin inkişafına müsbət təsir etdiyini bilirlər. Rusiya ABŞ rəhbərliyinin mövcud yanaşmalarını anlamaq üçün həmişə səbrlidir”.
ABŞ-la əlaqələrin aşağı səviyyədə olmasının Rusiya üçün təhlükə olduğunu deyən mətbuat sözçüsü tezliklə bu əlaqələrin yaxşılaşacağına ümid ediklərini də dilə gətirib.
Gununsesi.info