
Biz Meksika ilə sərhədi hərbi qüvvələrin hesabına qorumalıyıq.
Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bu, irəliyə doğru böyük bir addım olacaq”, – Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Tramp Meksikadan qanunsuz miqrant axınını dayandırmağı, əks halda NAFTA-dan çıxaracağı ilə hədələmişdi.
Gununsesi.info