Tramp vəd verdi: İran və Şimali Koreya ilə sürətli müqavilə

  • By admin
  • 08 Avqust 2020 11:09

ABŞ Prezidenti Donald Tramp seçkidə qalib gələcəyi halda çox qısa zaman ərzində Şimali Koreya və İranla müqavilələr imzalaya biləcəyini açıqlayıb.

Gununsesi.info bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

D.Tramp həmçinin bildirib ki, əgər 2016-cı ildə seçkidə qalib gəlməsəydi, Birləşmiş Ştatlar bu gün Şimali Koreya ilə müharibə vəziyyətində ola bilərdi.

“Trampın müharibəyə aparacağını deyirdilər, lakin əksinə oldu. Bizim Şimali Koreya ilə münasibətlərimiz yarandı. İrana baxın, onların hər biri bizimlə çox sürətlə müqavilə imzalayacaq”, – deyə, D.Tramp söyləyib.

Gununsesi.info