Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimini elan etdi

  • By turana
  • 12 Yanvar 2021 09:30
Donald Tramp yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvarda andiçmə mərasimi ərəfəsində təhlükəsizliyin təmin edilməsi üçün səyləri ilə əlaqədar olaraq Vaşinqtonun hakimiyyət orqanlarına federal yardım göndərdi.
Bu barədə Ağ Evin yaydığı sənədində deyilib.

Məlumata əsasən, bununla bağlı paytaxt meri Müriel Bouzer Konqresdəki iğtişaşlardan sonra baş verə biləcək təhdidlərlə əlaqədar olaraq Vaşinqton administrasiyasının rəhbərinə müraciət edib.

Bu qərar federal orqanlara şəhərə sürətləndirilmiş rejimdə yardım göstərmək üçün vəsait ayırmasına imkan verəcəkdir.

Gununsesi.info