ABŞ prezidenti Donald Trampı xüsusi xidmət orqanları və mətbuatın əli ilə hakimiyyətdən devirəcəklər.
Gununsesi.info xəbər verir ki, bunu rusiaylı senator, Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Aleksey Puşkov öz “Twitter” səhifəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Filinin istefası ilə bağlı mövqeyini bölüşərkən deyib.
Onun sözlərinə görə, məsələ Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi M. Filin istefası ilə bitmir:
“Məsələ həm də xüsisi xidmət orqanları və medianın dəstəyi ilə Donald Trampı siyasi anlamda məhv etmək və onun bağlı impiçment elan olunmasına nail olmaqdır”.
A.Puşkov onu da bildirib ki, M. Filinin istefasından sonra hədəf Trampın özüdür.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi M. Filin 2016-cı ilin dekabrında Rusiyanın Vaşiqntondakı səfiri ilə telefon danışığı ətrafına yaranan qalmaqala görə istefaya getmək zorunda qalıb.
Gununsesi.info