Tramp yanvarın 20-də bütün səfirlərin vəzifəsinə son verəcək

  • By admin
  • 06 Yanvar 2017 10:59

tramp
ABŞ-ın yeni prezidenti Donald Trampın Barak Obama tərəfindən təyin olunan bütün səfirlərin vəzifələrinə bu ilin 20 yanvarında son qoymağa hazırlaşdığı barədə iddalar səslənir.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda “New-York Times” qəzeti amerikalı diplomatlara istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, 2016-cı il dekabrın 23-də D. Tramp keçid qrupunu, yəni, özünün təyin etdiyi səlahiyyətli şəxsləri Xarici İşlər Nazirliyinə göndərib və Obama dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-dən etibarən vəzifələrinin icrasına son qoyacaq.
Ekspertlər indiyədək belə bir halın  baş vermədiyini deyiblər. Əvvələr yeni seçilən prezidentlər səfirlərin yerdəyişmə prosesini planlı şəkildə yerinə yetirirdilər. Ekspertlər bunun ABŞ-da siyasi böhrana səbəb olacağını bəyan ediblər.
Anar
Gununsesi.info