
Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Gununsesi.info bildirir ki, bu barədə eks-prezident Floridadakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı bildirib.
“Bu axşam mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm. Mən bu qərarı Amerikanı yenidən böyük etmək üçün edirəm”.
Bu açıqlamasından sonra Tramp namizədliyinin irəli sürülməsi üçün sənədləri təqdim edib.
Günay
Gununsesi.info