Tramp yenidən ifadə verdi

ABŞ-ın eks-prezidenti Tramp ölkə gündəmindən düşmür.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə məhkəmə qarşısına çıxan ABŞ-ın keçmiş prezidenti Tramp bu dəfə fərqli bir iş üzrə ifadə verib. 250 milyon dollarlıq dələduzluq işi ilə bağlı Nyu Yorka gələn Tramp təxminən 7 saat prokurorluqda qalıb.

Tramp və komandası illər ərzində müvafiq kreditlər və vergi güzəştləri əldə etmək üçün fırıldaqçılıqda ittiham olunurlar. Onun banklar, otellər və qolf meydançaları kimi aktivlərinin dəyəri barədə yalan məlumat verdiyi iddia edilir.

Tramp bu işi araşdırmaq üçün konstitusiya qanunlarından istifadə edərək 400 dəfədən çox ifadə verməkdən imtina edib. Onu da qeyd edək ki, prokurorluğa getməzdən əvvəl sosial şəbəkədə “Mənə qarşı seçkiyə müdaxilə məqsədi daşıyan bütün işlər kimi, bu da gülüncdür” fikirlərini qeyd etmişdir.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info