Avropa Komissiyası 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini, xüsusən də Donald Trampın yenidən seçiləcəyi təqdirdə, potensial prezidentliyinin necə görünə biləcəyini rəsmi dəyərləndirməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg”in həmsöhbətinin sözlərinə görə, Avropa Komissiyası ABŞ seçkilərinin nəticələrini qiymətləndirərkən Trampın qalib olacağı ssenariyə xüsusi diqqət yetirir.
Avropa İttifaqının (Aİ) yüksək səviyyəli rəsmisi qeyd edib ki, ABŞ-ın keçmiş prezidentinin üslubu getdikcə aqressivləşir və Aİ-yə üzv dövlətlər onun Ağ Evə qayıtmasının Atlantik okeanı boyunca ticarətin növbəti pisləşməsinə səbəb ola biləcəyi fikrini bölüşürlər.
“Bloomberg” yazır ki, Tramp qalib gələrsə, Aİ-yə qarşı bir sıra proteksionist tədbirlər, o cümlədən rəqəmsal xidmətlərə görə minimum 10% tarif tətbiqi və Avropa vergilərinə qarşı əks tədbirlər görməyi planlaşdırır.
Agentlik xatırladır ki, Donald Trampın prezidentliyi dövründə ABŞ milli təhlükəsizlik narahatlığını əsas gətirərək Aİ-dən polad və alüminiuma rüsumlar tətbiq edib. Avropa Birliyi öz əks tədbirləri ilə cavab verib və 2021-ci ildə Co Bayden administrasiyası ilə bu məsələdə anlaşma əldə edib.
Avropalıların Trampın Ağ Evə qayıtması ilə bağlı narahatlıqları Avropanın daxili bazar üzrə komissarı Tyerri Bretonun Trampın prezidentliyi dövründə ABŞ-ı Şimali Atlantika Alyansından çıxaracağına söz verdiyini və müharibə vəziyyətində Avropanın köməyə ümid etməməli olduğunu deməsindən sonra ortaya çıxıb.
Avropalı rəsmilər Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın Ukraynaya yardımını kəsə və hətta NATO-dan çıxmağa cəhd edə biləcəyindən narahatdırlar.
Xüsusilə, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, ABŞ öz qoşunlarını Avropadan çıxararsa, bu, Rusiyanın təcavüzü qarşısında “dəhşətli ssenari” olacaq.
Gununsesi.info