Ağ Ev prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini 19-cu əsrdə ABŞ-də məşhur səyyar sirki quran iş adamı P.T. Barnumla müqayisə edib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Amerika lideri bu mesajı TruthSocial sosial media platformasında paylaşıb.
Tramp əvvəllər Barnumu “istənilən vaxt istənilən şeyi sata bilən” adam adlandırmışdı.
“Yuxulu (keçmiş ABŞ prezidenti) Co Bayden bütün vaxtını və ölkəmizin pulunu boşa xərcləyərək hər şeyi ukraynalı F.T. Barnuma (Zelenskiyə!) verdi”, – deyə o yazıb.
Maqsud












