Tramp Zelenskini tənqid etdi

  • By Admin2
  • 19 Fevral 2025 11:15

Dünən Səudiyyə Ərəbistanında keçirilən və 4,5 saat davam edən tarixi zirvə toplantısında ABŞ və Rusiya nümayəndə heyətləri müharibənin tez bir zamanda dayandırılması üçün işə başlamaq barədə razılığa gəliblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına dəvət edilməyən Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni dayandırmamaqda ittiham edib.

O, “Bu gün eşitdim ki, “bizi dəvət etməmişdilər” deyirlər. Siz üç il idi ki, orada idiniz, üç il əvvəl bitirməli idiniz. Heç vaxt başlamamalı idiniz. Daha tez razılaşmaq olardı” ifadələrdən istifadə edib.

Müharibənin səbəbkarı kimi Rusiyanı dəqiq qiymətləndirməyən Tramp, həm Baydenin, həm də Zelenskinin zəif liderliklərinə görə “heç vaxt başlamamalı olan” müharibənin qapısını açdıqlarını müdafiə etdi.

Digər tərəfdən, Tramp bəzi Avropa liderlərinin dəstəklədiyi, bəzilərinin isə bitərəf qaldığı sülh planı çərçivəsində Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi ehtimalına açıq olduğunu və belə bir təklifi dəstəklədiyini açıqlayıb. Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi ideyası ilə bağlı suala Tramp deyib: “Əgər onlar bunu etmək istəyirlərsə, bu, əladır. Mən bunun tərəfdarıyam. Əgər onlar bunu etmək istəyirlərsə, bu, yaxşıdır”-o, cavab verdi.

Fransa və İngiltərə kimi ölkələrin bu ideyadan danışdıqlarını xatırladan Tramp, “Sülh müqaviləsi bağlasaq, Avropa baxımından çox uzaqda olduğumuz üçün oraya əsgər göndərmək məcburiyyətində qalmayacağımızı düşünmürəm, amma orada əsgərlərin olması yaxşı olardı. Buna qətiyyən etiraz etməzdim” deyib.

Orxan Saffari

Gununsesi.info