Tramp zorlama ittihamı ilə məhkəməyə verildi

  • By admin
  • 25 Noyabr 2022 08:52

Amerikalı yazıçı E.Jean Carroll zorlamada ittiham etdiyi ABŞ-ın keçmiş prezidenti Donald Trampı Nyu Yorkda məhkəməyə verib.

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir. 

Xəbərə görə, yazar öz iddiasında  1995-ci ildə Nyu Yorkdakı lüks univermağın soyunub-geyinmə otağında Tramp tərəfindən cinsi təcavüzə məruz qaldığını göstərib.

Onun uzun illər sonra bu addımı atmasına səbəb isə  Nyu-York əyalətində qüvvəyə minən yeni qanundur.

Qeyd edək ki, yeni qanun ştatda zorlama qurbanlarına hadisənin nə qədər vaxt keçməsindən asılı olmayaraq məhkəməyə müraciət etməyə icazə verir.

Kerrollun vəkili Roberta Kaplan Trampı hərəkətlərinə görə məsuliyyətə cəlb etmək istədiklərini bildirib.

 

Şikayətçi iddiasında yazıb ki, Trampa mağazada hədiyyə seçiminə kömək edən zaman bir müddət soyunub-geyinmə otağına daxil olublar və  Tramp təcavüz edib.

 

Tramp nə deyir?

Trampın vəkili Alina Habba isə deyib ki, bu iş yeni qanundan sui-istifadə nümunəsidir və əsl zorlama qurbanlarına zərər vurmaq riskidir.

ABŞ prezidenti olduğu zaman bu söhbətə münasibət bildirən Tramp Kerrollu tanımadığını “Onun iddiaları uydurmadır. Onsuz da o, mənim tipim deyil” deyə bildirmişdi.

 

Tərcümə:

Mais

Gununsesi.info