Tramp Zukerberqlə görüşüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Meta Corporation”ın baş direktoru Mark Zukerberqlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata  görə, görüş cümə günü Trampın Mar-a-Laqo iqamətgahında (Florida) baş tutub.

Söhbətin təfərrüatları açıqlanmayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info