Trampa daha bir ŞOK: ABŞ-ın bu ştatı keçmiş prezidentlə bağlı qərar verdi

  • By admin
  • 29 Dekabr 2023 09:25

ABŞ-da 2024-cü il prezident seçkiləri yaxınlaşdıqca, Koloradodan sonra Men ştatı Donald Trampın Respublikaçılar Partiyasının praymerizində iştirak edə bilməyəcəyinə qərar verib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, Trampın 6 yanvar 2021-ci ildə Konqres basqınındakı roluna görə ştatda prezidentlik yarışına qatıla bilməyəcəyinə qərar verildiyi bildirilib.

Kolorado Ali Məhkəməsinin Trampın bu ştatda praymerizlərə girə bilməyəcəyi ilə bağlı eyni başlıqlı son qərarından sonra Men ştatı Trampa qarşı eyni nəticəyə gələn ikinci ştat olub.

Men ştatının Demokratik administrasiyasının qəbul etdiyi qərar Kolorado Ali Məhkəməsinin qərarı kimi, ABŞ Ali Məhkəməsi tərəfindən idarə olunacaq və ölkənin ən yüksək məhkəmə orqanı Trampın bu ştatlarda praymerizlərə girib-girməməsinə qərar verəcək.

ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi dekabrın 20-də verdiyi açıqlamada keçmiş prezident Trampın yanvarın 6-da Konqresə basqın zamanı “qiyam və üsyan” cinayəti törətdiyinə görə bu ştatda prezident seçkilərində iştirak edə bilməyəcəyinə qərar verib.  Hər iki ştatın qərarına əsasən, Respublikaçı namizədlərin yarışacağı 5 mart 2024-cü ildə Kolorado və Men ştatlarında keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq.

Hər iki ştatda seçki yarışı ilə bağlı yekun qərarı ABŞ Ali Məhkəməsi verəcək. Məhkəmənin 9 üzvü, 6 respublikaçı və 3 demokrat təmayüllü hakim var.

Gununsesi.info