Trampa daha bir zərbə – Müşavirini 20 il müddətinə həbs gözləyir

  • By arzu
  • 16 Noyabr 2019

Məhkəmə Trampın keçmiş müşaviri Rocer Stounu yalançı şahidlikdə, ədalət mühakiməsinin qarşısını almaqda və başqa şahidi yalan ifadə verməyə təhrik etməkdə təqsirli bilib.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, Stouna hökm fevralın 6-da oxunacaq, o, 20 ilədək həbs oluna bilər. Söhbət 2016-cı ildə ABŞ-da prezidentlik kampaniyası zamanı pozuntuların araşdırılmasından və Rusiyanın seçkilərə mümkün müdaxiləsindən gedir.

 

Eləcə də, məhkəmə andlıları (prisyajnı – red.) Stounun demokratları ləkələyən məlumatları əldə etmək üçün  “Wikileaks” saytının nümayəndəsi ilə əlaqə qurduğunu müəyyən edib.

Donald Tramp məhkəmənin qərarını ikili standartlar siyasətinin təzahürü adlandırıb. O özünün “Twitter” səhifəsində bildirib ki,  seçkilərdə demokratlardan olan namizəd Hillari Klinton, MKİ-nın keçmiş rəhbəri Riçard Brennan və Rusiya üzrə xüsusi prokuror Robert Müllerin yalan danışıb-danışmadıqları barədə də düşünmək yerinə düşər.

Xatırladaq ki, Müllerin istintaqı 2019-cu ilin mart ayında başa çatıb. Stone onun fiqurantlarından biri idi. Xüsusi prokuror Rusiya nümayəndələrinin seçkiqabağı yarışa müdaxilə etmək cəhdlərini üzə çıxarıb, amma Trampla Rusiya arasında sövdələşməni sübut edə bilməyib.

Gununsesi.org