Trampa güllə keçirməyən şüşə sui-qəsd

  • By Admin2
  • 11 İyun 2025 13:10

ABŞ prezidenti Donald Trampın Şimali Karolinadakı Fort Braqq bazasında çıxışı zamanı sui-qəsd tədbiri olaraq gülləkeçirməz şüşə istifadə edilib. Tramp “Los-Ancelesi azad edəcəyik. Bu anarxiyaya icazə verilməyəcək” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun yaradılmasının 250 illiyini qeyd etmək üçün Şimali Karolina ştatının Fort Braqq şəhərinə səfər edib.

Səfər Trampın anti-immiqrant siyasətinə etirazların artdığı bir vaxta təsadüf edir.

Trampın çıxış edəcəyi podium üçün gülləkeçirməz şüşə hazırlanıb.

Tramp bu yaxınlarda Los-Ancelesə 700 dəniz piyadası və 4000 Milli Qvardiya əsgəri göndərmək qərarına gəlib. Kaliforniyadakı etirazlara qarşı sərt tədbirlər çərçivəsində qəbul edilən bu qərar, Demokratların idarə etdiyi Kaliforniya ştatı tərəfindən “gücdən sui-istifadə” və “lazımsız təxribat” kimi qiymətləndirilib.

Orxan

Gununsesi.info