
ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülən Mark Qrin ordu naziri vəzifəsindən imtina edib.
Axar.az Anadolu Agentliyinə istinadən xəbər ki, Qrin jurnalistlərə açıqlamasında haqqında yayılan əsassız və yalan xəbərlərə görə namizədliyini geri götürdüyünü deyib.
“Prezident Trampın məni bu vəzifəyə layiq görməsi böyük fəxrdir. Namizədlikdən imtina etmək məni sarsıtdı”, – Qrin bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib.
Gununsesi.info