Trampa qarşı çıxan amerikalı aktrisa həbs edildi - FOTO/VİDEO

  • By admin
  • 29 İyun 2018 16:56

ABŞ idarəçiliyinin miqrant siyasətinə etiraz edən yüzlərlə qadın qısamüddətli həbs edilib.

Gununsesi.info “Guardian”a istinadən xəbər verir ki, həbs olunanlar arasında 71 yaşlı amerikalı aktrisa Suzan Sarandon da var.

Bildirilir ki, 575 qadın Ədalət Nazirliyinin içindəki Senato ofisini işğal edib.

Qadın haqlarını müdafiə edən qurumların çağırışı ilə toplanan qadınlar parlaq geyimlər geyinib.

Onlar polisin müdaxiləsinə məhəl qoymayaraq, etirazlara davam ediblər. Bu zaman həbs ediliblər.