Trampa qarşı etiraz aksiyasında bir vətəndaş vuruldu

  • By admin
  • 12 Noyabr 2016 18:31

aksiya

ABŞ- ın yeni seçilən prezidenti Donald Trampa qarşı 3 gündür ki, etiraz aksiyaları davam edir. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın qərb ştatlarından olan Oreqonun Portland şəhərində davam edən mitinqdə bir etirazçıya atəş açılıb. Bu barədə Portland polisi Twitter sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O bildirib ki, Morisson körpüsünü keçən vətəndaş vurulub. Polis hər kəsin ərazini tərk etməsi və hadisə şahidlərinin ona müraciət etmələri barədə göstəriş verib. Onu da qeyd edək ki, Trampa qarşı keçirilən mitinqlərdə öncəki gün də arzuolunmaz hadisə baş vermişdi. Belə ki, sayı minə yaxın olan etirazçılar bəzi mağaza və maşınların şüşələrini sındırmışdılar. Polis bu hadisələri qiyam kimi şərh edib.

Nigar Cəfərli Gununsesi.info