Trampa qarşı növbəti sui-qəsd cəhdi - SİYASİ QİYMƏT VƏ MƏNTİQ

  • By admin
  • 16 Sentyabr 2024 15:40
Trampa qarşı növbəti sui-qəsd cəhdi barədə çox danışılır.
Təklif edirəm ki bu hadisəyə sırf siyasi qiymət verək, ona görə ki, bu cür gərgin mübarizədə ətrafda baş verən bütün hadisələr məhz siyasidir və heç bir təsadüfdən söhbət gedə bilməz.
Son həftə Tramp üçün faciəvi idi. Tramp, zərbə dalınca zərbə alırdı. Hansılar idi?
– Birmənalı uduzulmuş debatlar.
– Trampın debatda dediyi “Spriqfilddə miqrantlar işləri, pişikləri yeyirlər” cəfəngiyyatı sosial şəbəkəkərdə  Trampı gülüş hədəfinə gətirdi.
– Dərc olunan son sorğular(bütün sorğularda Harris 4-7 faiz öndədir).
– Trampın məşuqəsi Lora Lumerlə bağlı qalmaqal.
– Və Trampın, hislərə qapılara “öz başına atdığı son güllə”, Teylor Svift haqda yazdığı statusdur:
“TEYLOR SVİFTƏ NİFRƏT EDİRƏM!”
Təbii ki, bütün bu hadisələr Trampın reytinqinin davamlı çökməsini təmin edir.
Və birdən-birə Trampa qarşı növbəti uğursuz sui-qəsd cəhdi baş tutur. Cəhdin müəllifi barədə mətbuatdan nə bilirik? Hər yerdə ilk növbədə 𝘆𝗮𝘇ı𝗿𝗹𝗮𝗿 ki, həmin adam Ukraynanın birmənalı dəstəkçisiydi və Kiyevə bir neçə dəfə səfər etmişdi.
Yumşaq desək, sizə şübhəli gəlmədimi?
Sizə, düzgün nəticələr çıxartmağa kömək edəcəm. Avropa Parlamentinə seçkilər ərəfəsində Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi baş vermişdi. Dərhal sonra, cinayətdə “𝗨𝗸𝗿𝗮𝘆𝗻𝗮 𝗶𝘇𝗶”nin axtrarışı başlamışdı.
Bu səfər, “𝗨𝗸𝗿𝗮𝘆𝗻𝗮 𝗶𝘇𝗶”ni elə yerə “yerləşdirdilər” ki, onu axtarmağa ehtiyac yoxdur.
P.S. 1-2 günə bütün bu şişirdilmiş qalmaqal sönəcək.
Kamran Cəfərov