Trampa ŞOK: “Prezidentlik yarışında iştirak edə bilməz”

  • By admin
  • 29 Fevral 2024 11:32

ABŞ-da yenidən prezident olmaq üçün kampaniya aparan Donald Tramp üçün bir ştatdan pis xəbər gəlib.

Gununsesi.info xəbər verir ki, İllinoys məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasının ştatda keçirilən ilkin seçkilərdə iştirak edə bilməyəcəyi barədə qərar verib.

Kuk Dairəsi Məhkəməsinin hakimi Tracie Porter bəzi seçicilərin martın 19-da ştatda keçiriləcək ilkin seçkilərdə Trampın adının səsvermə bülletenindən çıxarılması tələbini qəbul edib. Porter Trampın 6 yanvar 2021-ci ildə Konqresə basqındakı roluna görə ABŞ Konstitusiyasını pozduğuna qərar verib.

Digər tərəfdən, məhkəmə Trampın etiraz edəcəyini gözləyərək qərarı təxirə salıb. Yekun qərarı ABŞ Konstitusiya Məhkəməsi verəcək.

Trampın seçki qərargahının açıqlamasında qərarın konstitusiyaya zidd olduğu və apellyasiya şikayəti veriləcəyi bildirilib.

Bundan əvvəl Kolorado və Men ştatlarında Trampın adının səsvermə bülletenindən çıxarılması qərara alınmışdı.

 

Gununsesi.info