
Almaniya NATO üçün lazım olan pulu ödəmir.
Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin açıqlamasına cavab olaraq deyib.
“Almaniya ilə ticari kəsirlərimiz var. Hələ bir də NATO üçün lazımi ödənişləri də etmirlər. Bu, ABŞ üçün çox pisdir və vəziyyət dəyişəcək”, – Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, kansler bir neçə gün əvvəl verdiyi açıqlamada Avropanın başqalarına güvənməməsinin vacibliyini qeyd etmişdi.
Ekspertlər düşünür ki, Merkel bu açıqlama ilə ABŞ lideri Donald Trampa eyham vurub.
Gununsesi.info