ABŞ prezidenti Donald Tramp martın 25-də İsrailin Qolan təpələri üzərindəki suverenliyini rəsmən tanıyacaq.
Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Mayk Pens bəyanat verib.
Trampın bununla bağlı sərəncam verəcəyi qeyd edilir.
Qeyd edək ki, Qolan təpələri Suriya ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.
***
Donald Tramp Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan sənədi imzalayıb. ABŞ lideri sənədə Binyamin Netanyahu ilə görüşdə imza atıb. O bildirib ki, bu hadisə 10 illiklər əvvəl baş verməli idi.
ABŞ-da səfərdə olan İsrail baş naziri isə bildirib ki, Vaşinqtonun İsrailin Qoland təpələri üzərindəki suverenliyini tanıması tarixi hadisədir.