Trampdan gözlənilməz qərar: Klintonun və Buşun portretlərini yığışdırdı

  • By admin
  • 18 İyul 2020 21:10

Ağ Evin dəhlizində asılmış ABŞ-ın 42-ci prezidenti Bill Klintonun və 43-cü prezidenti Corc Buşun portretləri yığışdırılıb. 

Gununsesi.org CNN-nə istinadla xəbər verir ki, onları çox az hallarda istifadə edilən yeməkxananın divarından asıblar.

Bildirilir ki, dəhlizdəki həmin şəkilləri Uilyam Makkinli və Teodor Ruzveltin portretləri əvəzləyib.

Qeyd edilib ki, bununla bağlı qərarı Donald Tramp verib.

Trampın belə bir addım atmasına səbəb kimi sabiq müşaviri Con Boltonun öz kitabında yazdığı xatirələri olub. O bildirib ki, Tramp Klintonu “pis”, Buşu isə “axmaq” prezident adlandırıb.

 

Gununsesi.org