Trampdan gözlənilməz qərar - O, FTB direktorunu vəzifədən azad edib

  • By admin
  • 10 May 2017 10:48

4c93d2ee9574141f1313f96426c3ad27

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun(FTB) direktoru Ceyms Komini tutduğu vəzifədən azad edib.

Gununsesi.info “Amerikanın səsi”nə istinadən xəbər verir ki, FTB rəhbərinin işdən azad edilməsinə səbəb kimi büronu effektiv idarə edə bilməməsi göstərilib.

Qeyd edək ki, ABŞ qanunlarına uyğun olaraq FTB direktorları 10 illik müddətə təyin edilirlər. 56 yaşlı Komi bu vəzifəyə 4 il öncə 2013-cü ildə Barak Obama tərəfindən 10 il müddətinə təyin olunub.

Çərşənbə axşamı Trampın Ağ Ev tərəfindən yayılan məktubunda deyilir ki, “çox vacibdir ki, vətəndaşların FBI-a inamı və əminliyi bərpa edə biləcək yeni rəhbərlik təyin edilsin”.

Ağ Evdən verilən məlumata görə, yeni direktor axtarışı dərhal başlayacaq. Komi keçən ilki ABŞ prezidenti seçkilərində əhəmiyyətli rol oynamış şəxslərdən biri hesab olunur.

Sabiq prezidentliyə namizəd Hillari Klinton Komini seçkilərin nəticələrinə təsir etməkdə ittiham edib. Keçmiş dövlət katibinin sözlərinə görə, büronun onun yazışmalarını seçkilərə iki həftə qalmış yenidən araşdımağa başlamasının seçicilərə təsiri olub.

Seçkilərə iki gün qalmış isə Komi Klintonun rəsmi yazışmalarında səhlənkarlığa yol verməsi ilə bağlı şübhələrin təsdiqini tapmadığını bildirib.

Gununsesi.info