
“ABŞ prezidenti Barak Obamanın idarəçiliyi dönəmində Kuba ilə əldə olunan razılaşmalara vaxtından əvvəl son verilə bilər”.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Twitter” hesabında yazıb: “Əgər Kuba və onun xalqı həm Amerika,həm də Kuba üçün daha yaxşı bir sazişə razılaşmasalar, o zaman mövcud müqaviləyə son veriləcək”.
Qeyd edək ki, 50 ildən sonra ilk dəfə ABŞ-la Kuba arasındakı əlaqələrin stabilləşməsi yönündə ABŞ nümayəndə heyəti, başda Barak Obaman olmaqla Kubada rəsmi səfərdə olub. Səfər çərcivəsində diplomatiq əlaqələrin, eləcə də müxtəlif sahələr ilə bağlı əməkdaşlıq sənədləri imzalanıb.
Anar
Gununsesi.info