Trampdan məhkəməyə 27 səhifəlik müraciət: “Qadağanı qaldırın”

  • By admin
  • 04 Noyabr 2023 09:21

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri 2020-ci il seçkiləri ilə bağlı müvəkkillərinə qarşı qaldırılan iddia ilə bağlı danışmağa qoyulan qadağanı aradan qaldırmaq üçün müraciət ediblər.

Gununsesi.info xəbər verir ki, Trampın vəkilləri paytaxt Vaşinqtonun Kolumbiya Dairə Apellyasiya Məhkəməsinə müraciətlərində köhnə şahidlər haqqında danışmasına mane olan qadağa qərarına etiraz ediblər.

Trampın qadağanın aradan qaldırılmasını tələb edən petisiyasında belə bir ifadə yer alıb: “Amerika tarixində heç bir məhkəmə, ABŞ prezidentliyinə namizədi bir yana qalsın, ictimai vəzifələr üçün aktiv şəkildə kampaniya aparan cinayətkar müttəhimin çıxışına qadağa qoymayıb”.

Vəkillərin təqdim etdiyi 27 səhifəlik ərizədə keçmiş prezidenti “susdurmaq” cəhdinin olduğu və bu qadağanın “Trampın və onu dinləyən 100 milyondan çox amerikalının konstitusiya hüquqlarını pozduğu” iddia edilib.

Qadağaya gəlincə, işə sədrlik edən hakim Tanya Çutkan bildirib ki, Trampın siyasi namizəd statusu ona şahidlər və ya prokurorlar haqqında “qara kampaniyası” aparmağa imkan vermir.

Çutkan əvvəllər sözügedən qadağanın Trampın ifadə azadlığı hüququnu əlindən aldığını etiraf etsə də, o, bu hüququn “ədalətin nizamlı şəkildə həyata keçirilməsinə mane olmamalı” olduğunu müdafiə edib.

Gununsesi.info