Trampdan miqrantlara daha bir zərbə gəlir - ABŞ-DA DOĞULANLARA VƏTƏNDAŞLIQ VERİLMƏYƏCƏK

  • By admin
  • 31 Oktyabr 2018 10:56

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəyir.

Gununsesi.az bildirir ki, Prezident HBO kanalında Axios proqramında verdiyi müsahibədə xüsusi sərəncamla bu zəmində vətəndaşlıq verilməsini ləğv etmək istədiyini bildirib. “Proses başlayıb. Bu, baş verəcək”-deyə o bildirib.

“Biz dünyada yeganə ölkəyik ki, kimsə buraya gəlir, onun övladı olur və bu uşaq bütün imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilir. Bu ağlasığmazdır. Buna son qoymaq lazımdır”, Tramp bildirib.